27.09.2012 [10:48] - Güney Azərbaycan xəbərləri
Hazırda ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbs olunub.İRNA- xəbər mərkəzinin yaydığı məlumatına görə, Ə. Cavanfikir Tehran Məhkəməsinin barəsində çıxardığı 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya salınıb. “Xatun” dərgisində İranın şəriət qaydalarına zidd materiallar dərc etməkdə ittiham olunan prezident müşavirinin jurnalist fəaliyyətinə də üç il qadağa qoyulub.
Qeyd edək ki, bu günlərdə İran Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu və qızı da həbs olunub.
Qeyd edək ki, bu günlərdə İran Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu və qızı da həbs olunub.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |