13.03.2020 [09:20] - Xəbərlər, Sağlıq
Latviyanın Böhran Vəziyyətlərində İdarəetmə Şurası yaz tətilindən sonra məktəblərdə iki həftəlik karantinin tətbiqini təklif edib.
Bu barədə Latviya Səhiyyə naziri İlze Vinkele öz “Twitter” hesabında yazıb.
O, həmçinin martın 16-dan etibarən Latviya Böhran Vəziyyətlərində İdarəetmə Şurasının iclasında ali təhsil müəssisələrində və məktəbəqədər müəssisələrdə bütün əyani təhsilin müvəqqəti dayandırılmasını təklif edəcəyini bildirib.
Nazirin yazısına əsasən, kütləvi tədbirləri maksimum 500 nəfərədək məhdudlaşdırmaq nəzərdə tutulur.
Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi son 24 saat ərzində COVID-19 şübhəsi ilə bağlı 41 qan analizi götürüb. Götürülən analizlərdən 6-nın nəticəsi müsbət çıxıb. Ümumilikdə 332 nəfər müayinə edilib. Latviyada bugünədək COVID-19 virusuna yoluxma halı cəmi 16 nəfərdə qeydə alınıb.

Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |