Şrift:
İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi
13.04.2020 [13:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb.



Axar.az xəbər verir ki, Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib. Amma öz prizmasından...



Yaydığı videoda erməni bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:



“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur...”



O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib.



Qeyd edək ki, bu videoda Azərbaycan üçün diqqəti çəkən məhz İran TIR-larının işğalçılara ucuz yanacaq daşımasını əks etdirən faktlardır.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed