Şrift:
İranın Kürdüstan əyalətində 3-ü südəmər körpə olmaqla 7 azyaşlı uşaq koronavirisa yoluxub
15.04.2020 [13:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kürdüstan əyalətində yaşı 5-ə çatmamış 7 azyaşlı uşaq koronavirisa yoluxub.



Bu barədə, Kürdüstan Tibb Universitetinin səhiyyə işləri üzrə köməkçisi İbrahim Qadiri aprelin 15-də mediaya açıqlama verib.



O deyib ki, Kürdüstan əyalətində yaşı 5-ə çatmamış 7 azyaşlı uşaqdan götürülən test analizləri müsbət çıxıb: “Koronavirusa yoluxmuş uşaqlardan 3-ü südəmər körpə uşaqlardır və onların yaşı heç bir aya da çatmır. Hazırda həmin uşaqlar əyalətin müxtəlif xəstəxanalarında müalicə alırlar.



Bir daha valideynlərə tövsiyə edirik ki, gigiyena qaydalarına riayət etsinlər və uşaqların “Covid-19” infeksiyasına yoluxmasına imkan və şərait yaratmasınlar. Hesab edirik ki, valideynlər həm də uşaqların oynamaq üçün küçə və parklara çıxmasının qarşısını almalı, mütəmadi olaraq, onların əllərini sabunla yuyub dezinfeksiya etməlidirlər” -deyə, İranın Kürdüstan əyalətinin Tibb Universitetinin səhiyyə işləri üzrə köməkçisi İbrahim Qadiri bəyan edib.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed