Şrift:
Qum Tibb Elmləri İnstitutunun rəhbəri: "Şəhərdə koronavirusun yenidən kəskin yayılmasından narahatıq"
17.04.2020 [13:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qum Tibb Elmləri İnstitutunun rəhbəri Məhəmməd Rza Qədir bildirib ki, son 24 saat ərzində şəhərdə 103 nəfər koronavirusa yoluxma ehtimalı ilə xəstəxanalara qəbul edilib.



Onun sözlərinə görə, həmin şəxslərdən infeksiyaya yoluxduğu qətiləşən 27 nəfər xəstəxanalara yerləşdirilir. Qalanları isə tibbi müayinə yazılaraq evə buraxılıb. Bu müddət ərzində 14 aktiv koronavirus xəstəsi isə sağalaraq evə buraxılıb.



Məhəmməd Rza Qədir dövlətin qəbul edilmiş sosial izolyasiya tədbirlərini azaltmasının Qumda koronavirusun yayılmasının 2-ci dalğasına səbəb olacağından narahat olduqlarını deyib.



O, sonda bir çox insanın göstərilən tövsiyələrə və digərləri ilə təmasdan çəkinməyə əməl etməməsinə işarə edərək, məhdudiyyətlərin azaldılmasının ağır nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed