Şrift:
Ermənistan “Metsamor”a görə beynəlxalq məhkəməyə veriləcək
10.10.2012 [12:29] - Siyasət
Region üçün ciddi təhlükə mənbəyi olan “Metsamor” AES-in fəaliyyətini dayandırmayan Ermənistana qarşı növbəti hüquqi addəmlar atılacaq.

Belə bir təşəbbüslə Türkiyənin Qars Strateji Araşdırmalar Mərkəzi (QSAM) çıxış edib.

Bu barədə xüsusi açıqlama ilə çlxış edən QSAM Ermənistanın “Metsamor” Atom-Elektirk Stansiyasının (AES) fəaliyyətinin dayandırmayacağı təqdirdə, sözügedən obyektin qapadılması tələbi ilə beynəlxalq məhkəməyə müraciət olunacağənə bəyan edib.

QSAM-ın yaydığı açıqlamada 1999-cu ildə Brüsseldə Avropa İttifaqı ilə Ermənistan arasında “Metsamor” AES-in fəaliyyətinin ən uzağı 2004-cü ilə qədər dayandırılmasına dair anlaşma imzalandığı, lakin İrəvanın bu müqaviləyə əhəmiyyət vermədiyi qeyd olunub.

Açıqlama müəllifləri hüquq müstəvisində aparacaqları mübarizə sayəsində “Metsamor” AES-in qapadılmasına nail olacaqlarına inam ifadə ediblər.

A.Zeynalov
Bu xəbər oxucular tərəfindən 1607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed