Şrift:
Məşhəddə daha 1 həkim koronavirusdan ölüb
23.05.2020 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində daha 1 həkim koronavirusdan ölüb.



Bu barədə, Məşhəd Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin işçi qrupunun rəhbəri Həmidrza Rəhimi mayın 22-də məlumat yayıb.



Yayılan məlumata əsasən, “Covid-19” infeksiyasına yoluxmuş xəstələri müalicə edərkən özü də xəstəliyə yoluxan və son günlər həkimlərin nəzarətində saxlanılan həkim-mütəxəssis Həmid Əqili, bu gün sübh saatlarında Məşhədin “Vəliyyi-əsr” xəstəxanasının reanimasiya şöbəsində keçinib.



Həmid Əqilinin koronavirusa konkret necə və nə vaxt yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.



Bildirilir ki, bundan əvvəl Məşhəddə koronavirusa yoluxan xəstələrə yardım edən daha 2 həkim, Həsən Ərbab və Seyid Murtuza Vicdan da “Covid-19” infeksiyasına tutularaq həyatlarını itiribləer.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 22-də mediaya açıqlamasında ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7300 nəfərə, yoluxanların sayının isə 131652 nəfərə çatdığını iddia edib.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed