Şrift:
COVID-19: İranda hər gün 2 mindən çox yoluxma faktı qeydə alınır
10.06.2020 [09:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusa qarşı mübarizə tədbirlərinə baxmayaraq infeksiyanın yayılması davam edir. Hər gün 2 mindən çox adam virusa yoluxaraq xüsusi xəstəxanalara aparılır. Son 24 saat ərzində İranda 2 min 95 nəfər koronavirusa yoluxub, 74 nəfər isə həyatını itirib.

Bu statistik göstəriciləri İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari açıqlayıb. Onun sözlərinə görə, bu günə kimi İranda 175 min 927 nəfər virusa yoluxub, 8 min 425 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 138 min 457 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 639 nəfərin vəziyyəti ağır olaraq qalır.

İran prezidenti Həsən Ruhani televiziya çıxışında bildirib ki, iqtisadiyyatın dirçəlməsi üçün virusun tamamilə çəkilib gedəcəyini gözləmək düzgün deyil. Müəssisə və zavodlar ehtiyat tədbirlərini həyata keçirməklə işlərini tam olaraq bərpa edəcəklər. Ölkədə koronavirusla mübarizə tədbirləri bundan sonra da diqqətdə saxlanılacaq.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed