Şrift:
Milli fəallar Əyyub və Davud Şirinin məhkəmələri keçiriləcək
17.06.2020 [14:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Göndərilən çağırış vərəqəsində Əyyub Şirinin iyunun 23-də “ictimai nəzm-intizamı pozmaq” ittihamına baxılması üçün Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsinə müraciət etməsi tələb olunub.





O, həmçinin iyulun 14-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir. Məhkəmədə Əyyub Şirinin “rejimə qarşı təbliğat” və “Gamac təşkilatına üzv olmaq” ittihamlarına baxılacaq. Məhkəmənin sədri Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.





“Rejimə qarşı təbliğat” və “Gamac təşkilatına üzv olmaq”da günahlandırılan Davud Şirinin də məhkəməsi iyunun 24-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçiriləcək.





Əyyub Şiri 1985-ci ildə Təbrizdə doğulub, ali təhsilli və iki uşaq atasıdır. 37 yaşlı Davud Şiri isə orta məktəbi bitirib, evlidir və bir övladı var.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed