Şrift:
Ərdəbilli həkim koronavirusdan dünyasını dəyişib
18.06.2020 [14:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mikayıl Purməhəbbət 31 saylı "Aşura" qoşununun tibb məntəqəsinin müdir müavini və "İmam Rza" poliklinakasının həkimi idi.


İyunun 14-də Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbərinin fermer təsərrüfatlarında səmərəliliyin artırılması üzrə müavini Həbib Şərifiyan də COVİD-19 infeksiyasından ölmüşdü.


Ondan öncə isə Azərşəhr rayonunun "Şəhid Mədəni" xəstəxanasının baş həkimi Mirabbas Haşiminin koronavirusdan ölməsi barədə məlumatlar yayılmışdı.


Aprel ayında Təbriz Tibb Elmləri İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmaləddin Hüseyni Şərqi Azərbaycan əyalətinin tibbi personalı içərisində 90 nəfərdən çox insanın koronavirusa yoluxduğunu bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed