Şrift:
Azərbaycan yeni müstəqil dövlətlə diplomatik münasibətlər qurdu
24.10.2012 [12:31] - Xəbərlər
Oktyabrın 23-ü Nyu-Yorkda, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində Azərbaycan və Cənubi Sudan respublikaları arasında diplomatik əlaqələrin qurulması haqqında sənəd imzalanıb. AzərTAc-ın məlumatına görə, sənədə Azərbaycan Respublikası hökuməti adından səfir Aqşin Mehdiyev, Cənubi Sudan Respublikası hökuməti adından səfir Fransis Denq qol çəkiblər.

2011-ci ilin yanvarında Sudanın cənub hissəsinin müstəqilliyinə dair referendum keçirilib. Seçicilərin 95 faizindən çoxu Cənubi Sudanın müstəqilliyinə səs verib. Referendum Şimalla Cənub arasında 2005-ci ilin yanvarında imzalanmış sülh sazişinin şərtlərindən biri olub. Həmin şərtdə Cənuba 6 il müddətinə geniş muxtariyyət verilməsi, sonra isə bu ərazinin statusu haqda referendum keçirilməsi nəzərdə tutulub.

2011-ci il fevralın 7-də Sudan prezidenti ölkənin cənub hissəsinin müstəqilliyini tanıdığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed