Şrift:
Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək
06.07.2020 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İki il həbsdə saxlanılan fəal Təbriz zindanının hökmləri icra edən şöbəsinə müraciət etdikdən sonra barəsində çıxarılan 5 il həbs cəzasının qalan müddətinin icrasının təxirə salınıdığını öyrənib.





Qeyd edək ki, 2018-ci ilin yanvar ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılan Səttari Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyin əleyhinə toplaşma” ittihamı ilə 7 ay azadlıqdan məhrum edilmişdi.





O, 2018-ci il sentyabrın 18-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edildi. Təbriz İnqilab Məhkəməsinin 11-ci Hökmləri İcra edən Şöbəsi 2018-ci il payızın orta ayında (1397-ci ilin aban ayı) heç bir məlumat vermədən fəalın iki dosyesini birləşdirib.

Bundan sonra isə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan hökmləri “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə əvəzləyib.





Sətttari yeni məhkəmə işinin açılması və ağır hökm çıxarılması ilə nəticələnən dosyesindəki iradlar və məhkəmə işinin ləngiməsinə etiraz olaraq 2019-cu ilində iyunun 10-da Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlamış, məsulların onun irəli sürdüyü iddialara yenidən baxmaqla bağlı söz verdiyindən sonra iyunun 22-də aksiyasını dayandırmışdı.





Azərbaycanlı fəal dosyesindəki iradların təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed