Şrift:
Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var
08.07.2020 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan Yol Polisi idarəsinin rəis müavini polkovnik Məhəmməd Əli Əziminin verdiyi məlumata görə, “Prayd” markalı minik avtomobili Qəzvin-Zəncan magistralında yoldan çıxaraq aşıb. Baş verən qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib.





Əzimi həmçinin bildirib ki, ikinci yol-nəqliyyat hadisəsi Dərram kəndinin yolunda baş verib. Belə ki, “Prayd” və “Pejo 206” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb.





Ərdəbil Yol Polisi idarəsinin rəisi polkovnik Məhəmməd Səfəvi isə ötən 24 saatda əyalətdə ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsinin baş verdiyini açıqlayıb.





“Tiba” markalı minik avtomobili Nəmin vilayətinin sement zavodu üçyolunda aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü qəza yerində dünyasını dəyişib, müxtəlif dərəcəli bədən xəsarətləri alan 2 nəfər xəstəxanaya yerləşdirilib.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed