14.07.2020 [12:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Təbriz Təqaüdçü İşçilər Dərnəyinin sədri Kərim Sadıqzadə Təbrizi məlumat verib.
Onun sözlərinə görə, hökumət yaxın zamanlarda Təqaüdçülər Fonduna olan borcunu ödəmək və təqaüdə çıxan fəhlələrin maaşını qaldırmaq məqsədi ilə müəyyən vəsait ayırsa da, nəzərdə tutulan rəqəm onların ehtiyaclarını qarşılamaq üçün kifayət eləmir.
“Hökumət pensiyanerlər və fəhlələrin məişət problemlərini həll etmək üçün ciddi tədbirlər görməlidir,” deyə o bildirib.
Sadıqzadə Təbrizi daha əvvəl Şərqi Azərbaycan əyalətində təqaüdçülərin 85 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirmişdi.
Qeyd edək ki, 1397-ci ildə (2018-2019) şəhərlərdə yoxsulluq həddi 4 nəfərlik ailə üçün 3 milyon 400 min tümən müəyyən edilib. Bu rəqəm ölkədəki yüksək inflyasiyanı da nəzərə alanda olduqca aşağı məbləğdir. Rəsmi hesablamalara görə, yoxsulluq həddi üçün müəyyən edilən məbləğ əhalinin 55 faizinin gəlirindən daha çoxdur.

Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |