Şrift:
Mühacir kürdlər Urmiya ətrafında yerləşən bölgənin türkcə adını təhrif edib
18.07.2020 [13:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, kürdlərdən bir qrup iyulun 16-da “Boz Sinə” dağına gedərək orada üzərində kürdcə yazılar olan lövhə quraşdırıblar.





Lövhədə Azərbaycanın turistik məkanlarından olan yerin adı “Boze-Sina” şəklində təhrif edilib.





Vaxtı ilə Qərbi Azərbaycan məntəqəsində bir çox azərbaycanlını öldürən İsmayılağa Simitqonun nəvəsi Arman Simitqo öz İnstagram səhifəsində məlumat yayaraq bu lövhənin onun tərəfindən hazırlandığını bildirib.


Güney azərbaycanlılar sosial şəbəkələrdə mühacirlərin məkrli hərəkətinə etirazlarını bildirərək, bu cür təxribatçı addımların təhlükəli nəticələrinin olacağı barədə xəbərdarlıq ediblər.





Qərbi Azərbaycan Əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed