Şrift:
Suriya səmasında Amerika qırıcısı ilə İran təyyarəsi arasında təhlükəli anlar yaşanıb
24.07.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın Yaxın Şərqdə Mərkəzi Komandanlıq Qərargahının yaydığı bəyanata görə, qırıcı bölgədə olan amerikalı hərbçilərin təhlükəsizliyindən əmin olmaq üçün sərnişin təyyarəsinə yaxınlaşıb.


Bildirilir ki, sərnişin təyyarəsi ABŞ hərbçilərinin bölgədə qərarlaşdığı bazalardan birinə həddən artıq yaxınlaşdığından, havaya xəbərdarlıq olaraq F-15 qırıcısı qaldırılıb, obyektiv aşkarlanması işi həyata keçirilib.


Bəyanatda əməliyyat zamanı bütün təhlükəsizlik tədbirlərinin qorunduğu və təyyarəyə ziyan dəyməməsi üçün qırıcının onunla 1000 metr məsafə saxlandığı qeyd edilir. Obyektin adi sərnişin təyyarəsi olduğu aydınlaşandan sonra qırıcı bazaya qayıdıb.


Xatırladaq ki, dünən gecə İran mediası Beyruta uçan "Mahan Air"in təyyarəsinə 2 qırıcının yaxınlaşması barədə məlumat yaymışdı. Lakin pilot bir neçə saat sonra etdiyi açıqlamada onun ABŞ qırıcısı olduğunu demişdi.


Bəzi məlumatlarda bildirilir ki, qırıcı yaxınlaşan zaman pilotun qəfil manevr etməsi səbəbindən bir neçə sərnişin yüngül yaralanıb.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bu gün məsələyə bildirdiyi münasibətdə araşdırmaların aparıldığını, eləcə də zəruri siyasi və hüquqi addımların atılacağını deyib.


"İrna" agentliyi isə yaydığı xəbərdə İranın hadisəyə görə BMT-yə etiraz məktubu göndərəcəyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed