26.07.2020 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan və "Sepah"ın Kəşfiyyat İdarəsinə yaxınlığı ilə tanınan Qüddüsi bu barədə "Twitter"də yazıb.
O, nüvə mərkəzlərinin mühafizə xidmətlərini yeni avadanlıqlar gələn zaman onları xüsusi diqqətlə yoxlamağa çağırıb.
Deputatın iddiasına görə, "düşmən" öz "casusların" ya podratçı, ya da layihə icraçısı kimi nüvə mərkəzlərinə göndərərək məlumat toplayır.
Cavad Kərimi Qüddüsi bir neçə gün əvvəl də nüvə mərkəzlərinə sızmalarla bağlı oxşar fikirlər səsləndirmişdi.
Onun keçmişdə də analoji çıxışlarını nəzərə aldıqda, İranın Nətənz nüvə təsisatında baş vermiş müəmmalı qəza ilə bağlı yeni ssenari hazırladığını demək olar.
İran hökuməti iyulun 2-də Nətənzdə qəza baş verməsini təsdiqləsə də, hələlik onun səbəbləri barədə detalları açıqlamayıb. Bir neçə gün əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası hadisənin detallarının məlum olduğunu, lakin təhlükəsizlik məsələlərinə görə hələ ki, açıqlanmadığını bildirib.
Amma ötən günlər ərzində Qərb mediasında hadisənin arxasında İsrailin xüsusi xidmət orqanlarının dayanmasına dair çoxsaylı xəbərlər dərc edilib.

Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |