Şrift:
Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər
07.08.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, kənd sakinləri 2017-ci ildə baş verən sel nəticəsində dağılan beton körpünün yerinə müvəqqəti olaraq tikilən ağac körpüdən istifadə edir.





Sel hadisəsindən 3 il keçməsinə baxmayaraq aidiyyəti qurumlar Sofiçay üzərinə yeni körpü tikməyib və kənd əhalisi bütün təhlükələrə baxmayaraq həmin ağac körpüdən istifadə etməyə məcburdur.

Kənd sakinləri hər gün bu körpünün üzərindən 20 mindən çox mal-qaranı keçirərək ətraf otlaqlara aparır.





Sakinlərin dediyinə görə, körpü müvəqqəti keçid olaraq tikildiyi üçün dayanıqsızdır və hər an uça bilər. Buna baxmayaraq yerli məsulları “lazımı büdcənin ayrıldığı təqdirdə” bu il və ya növbəti il yeni körpünün tikilə biləcəyini vəd ediblər.

Kənd sakinlərindən birinin “Fars” xəbər agentliyinə verdiyi məlumata görə, sel nəticəsində dağılan infrastrukturun, o cümlədən yolların bərpası üçün bu günə kimi heç bir addım atılmayıb.





Qeyd edək ki, 450 ailənin yaşadığı kənddə həm də 13 ildir ki, su qıtlığı problemi var. Kənd əhalisi dəfələrlə səlahiyyətli orqanlara müraciət edərək problemin aradan qaldırılmasını istəyib, lakin bu istiqamətdə hər hansı tədbir görülməyib.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed