Şrift:
İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib
10.08.2020 [09:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ, avqustun 9-u, gündüz yerli vaxtla saat 13: 46 radələrində Gilan-i Qərbə yaxın bölgədə yerin 8 kilometr dərinliyində qeydə alınıb.


Bildirilir ki, güclü zəlzələ, Gilan-i Qərb şəhərinin 29, Qəsr-i Şirinin 30 və Sərpol-i Zahabın 32 kilometrliyində baş verib.


Baş vermiş zəlzələdə insan tələfatının və dağıntıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmasa da, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi hadisədən az sonra mediaya açıqlamasında zəlzələ bölgəsinə xilasedicilərin cəlb edildiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed