Şrift:
Hindistanda ötən sutka 67 min 151 yoluxma qeydə alınıb
26.08.2020 [10:42] - Gündəm, Sağlıq
Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 67 min 151 yoluxma halı qeydə alınıb.

Hindistanın Federal Səhiyyə Nazirliyini xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 234 min 475 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 1059 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 59 min 449-a çatıb. Ardıcıl 8 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 60 mindən çox olur.

Oksford Universitetinin "AstraZeneca" şirkəti ilə birgə hazırladıqları peyvəndin Hindistanda sınaqlarına başlanılacaq. Könüllülük prinsipi əsasında seçilmiş 6 nəfər peyvəndin 2-ci mərhələ kliniki sınaqlarında iştirak edəcək.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed