Şrift:
Nəsrin Sütudənin aclıq aksiyası səbəbindən sağlamlıq vəziyyəti ağırdır
27.08.2020 [14:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə onun həyat yoldaşı Rza Xəndan sosial şəbəkələrdəki hesablarında məlumat yayıb.


Onun sözlərinə görə, hazırda xanım Sütudənin aclıq aksiyası səbəbindən qan təzyiqi tez-tez enib-qalxır, qanında şəkərin miqdarı kəskin yüksəlir.


Rza Xəndan bildirib ki, indiyədək o, 6 kilo arıqlayıb, hansı ki, aclıq aksiyasından qabaq 53 kiloqram idi.


Qeyd etmək lazımdır ki, keçən həftənin sonları İranın 44 ədliyyə vəkili yazdıqları açıq məktubda aclıq aksiyası keçirən Nəsrin Sütudə və digər siyasi məhbuslardan həyat və sağlamlıqları üçün aksiyanı dayandırmağı xahiş ediblər.


Nəsrin Sütudə aclıq aksiyasına məhkumların koronavirusun yayıldığı dövrdə acınacaqlı vəziyyətdə saxlanılmasına etiraz və siyasi məhbusların azadlığı tələbi ilə start verib.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed