Şrift:
Türkiyədə koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar
25.09.2020 [11:19] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib.

Bu qaydalara əsasən, virusa yoluxan şəxs ünsiyyətdə olduğu insanlarla bağlı səhv, əskik və ya həqiqətə uyğun olmayan məlumat verəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaq. Həmin şəxsə üç aydan iki ilədək həbs cəzası verilə bilər. Belə ki, ölkənin bəzi bölgələrində COVID-19-a yoluxan şəxslə ünsiyyətdə olan insanların adlarının gizlədilməsi və ya təmasda olmadığı təqdirdə bəzi adların verilməsi halları müşahidə edilib.

Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən yeni sənəd hazırlanaraq ölkənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed