Şrift:
Ərdəbildə "Covid-19 artımı"
13.11.2020 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
12 noyabr, çərşənbə günü, “Ərdəbil Tibb Elmləri Universiteti”nin rəisi bunu bildirməklə yanaşı, dünən gecə Covid-19 səbəbiylə 6 nəfərin öldüyünü qeyd edib.



“Şəhram Həbibzadə” eyni müddətdə 72 nəfərində sağalaraq evə buraxıldığını söyləyib. Ancaq o əlavə edib ki, Ərdəbil əyaləti Covid-19 virusunun yayılması təhlükəsi və yoluxma sayında artım göstərməkdə davam edir.



Həbibzadə hal-hazırda Ərdəbil xəstəxanalarında 446 Covid-19 xəstəsinin müalicə aldığını, bunlardan 71-nin reanimasiya şöbələrində yerləşdirildiyini qeyd edib.



“Şəhram Həbibzadə” Ərdəbil əyalətinin bütün şəhərlərində vəziyyətin ağır olduğunu bildirərək, təhllükə səviyyəsinə görə Ərdəbil və Meşkin(Xiyav) şəhərlərinin qara, Xalxal və Parsabadın isə qırmızı vəziyyətdə olduqlarını söyləyib.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed