Şrift:
Stokholm İncəsənət Universitetinin müəllimi Bakı Musiqi Akademiyasının tələbələri üçün mühazirə keçib
22.12.2020 [10:43] - Xəbərlər, Mədəniyyət
İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin BMA-nın Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda mühazirə keçirilib.

Əvvəlcə BMA-nın prorektoru, professor Yeganə Axundova Bakı Musiqi Akademiyasında 2020-ci ilin aprel-may aylarında baş tutmalı olan mühazirələrin COVID-19 pandemiyası səbəbindən online olaraq təşkil edilməsi haqqında məlumat verib və bütün iştirakçılara uğurlar arzulayib.

Mühazirə online olaraq “MS Teams” platforması üzərindən təşkil edilib.

Mühazirə A. Flodin, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və digər iştirakçılar arasında maraqlı diskussiya ilə davam edib.

Vebinar BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib.

Növbəti aylarda BMA tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər-2" ("New directions in composition-2") və “Sonologiya” (“Sonology”) mövzularında daha 2 mühazirənin keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed