19.01.2021 [11:02] - Gündəm, Sosial
Respublikamızda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb və bununla əlaqədar İsmayıllıda rayon icra hakimiyyətinin başçısı yanında komissiyanın iclası keçirilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, iclasda vaksinasiyanın başlaması ilə əlaqədar bütün işlər geniş müzakirə olunub. Vurğulanıb ki, təhlükəli virusa qarşı mübarizə məqsədilə başlanan bu mühüm tədbirlə bağlı rayon mərkəzi xəstəxanasının infeksiya şöbəsində xüsusi vaksin otaqları təşkil edilib. Burada vaksinləşmənin aparılması üçün bütün zəruri şərait yaradılıb. Bundan əlavə, ilk peyvənd olunacaq insanların siyahıları hazırlanıb.
İclasda bildirilib ki, vaksinasiya prosesinin gedişi ilə əlaqədar rayon icra hakimiyyətinin rəsmi saytında və sosial şəbəkələrdə əhaliyə mütəmadi olaraq məlumatlar veriləcək.

Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |