Şrift:
Pandemiya Avropada onlayn alış-veriş sahəsində böyük canlanma yaradıb
10.03.2021 [10:51] - Gündəm, Sosial
Pandemiya dövründə ticarət obyektlərinin bağlanmasına baxmayaraq, mağazaları gəzmək həvəsi onlayn alış-verişin kəskin şəkildə artmasına səbəb olub.

Avropa Statistika Bürosunun məlumatlarına istinadla xəbər verir ki, Macarıstanda internet istifadəçilərinin təxminən 70 faizi bu xidmət vasitəsilə onlayn alış-veriş etməklə yanaşı, digər internet sahələrindən də istifadə edirlər.

Avropa İttifaqında onlayn alış-veriş edən internet istifadəçilərinin orta göstəricisi 72 faiz təşkil edir. Yəni, macarlar, bu baxımdan Avropanın orta statistik göstəricisindən çox da geri qalmırlar. Pandemiyayadək olan dövrlə müqayisədə ölkədə onlayn alış-verişdə təxminən 23 faiz artım qeydə alınıb.

Pandemiya zamanı niderlandlılar daha çox (İnternet istifadəçilərinin 91 faizi) onlayn alış-veriş ediblər. İkinci yerdə danimarkalılar (90 faiz), sonrakı yerlərdə isə almanlar (87 faiz), isveçlilər (86 faiz) və irlandiyalılar (81 faiz) gəlir. Hazırda onlayn alış-veriş xidmətindən ən az istifadə edənlər bolqarlar (42 faiz), rumınlar (45 faiz ) və italyanlardır (49 faiz).

Macarıstandan başqa, bu sahədə kəskin canlanma Rumıniyada (27 faiz), Çexiyada və Xorvatiyada (25 faiz) müşahidə olunub.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed