12.03.2021 [11:34] - Xəbərlər, İqtisadiyyat
2020-ci ildə iqtisadi cəhətdən bütün inkişaf etmiş ölkələri bürüyən qlobal iqtisadi böhran İspaniyaya da ciddi ziyan vurub.
Bunları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu barədəki hesabatında bəyan edib. İƏİT-in məlumatlarına görə, 2020-ci ildə dünya üzrə ÜDM-də azalma 7,6 faiz təşkil edib.
İƏİT-in dünya üzrə yeni proqnozunda qeyd olunur ki, İspaniyada ÜDM-nin 11 faiz azalması Avropa İttifaqının istənilən iqtisadiyyat nəhənginin, hətta Cənubi Afrikanın (-7,2 faiz), Meksikanın (-8,5 faiz) və Argentinanın (10 faiz) iqtisadiyyatındakı mövcud tənəzzülü üstələyir.
İspaniya ÜDM-ində tarixi azalma turizm və qonaqpərvərlik sektorundakı mövcud asılılıqla bağlıdır. İƏİT İspaniyada ÜDM-nin azalmasını həm də koronavirus pandemiyası əleyhinə mübarizə tədbirlərinin ləngiməsi ilə əlaqələndirir. Bununla belə, İƏİT 2021-ci ildə İspaniyanın iqtisadiyyatının 5,7 faiz və 2022-ci ildə isə 4,8 faiz artacağını ehtimal edir.
İƏİT-in verdiyi proqnoza görə, Aİ iqtisadiyyatı 2021-ci ildə 3,9 faiz, 2022-ci ildə isə 3,8 faiz artacaq. Eyni zamanda, dünya iqtisadiyyatı 2021-ci ildə 5,6 faiz bərpa olunacaq ki, bu da 1,4 bənd nəzərəçarpacaq artım deməkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ümidverici proqnozları effektiv peyvənd kampaniyasının aparılması, bəzi ölkələrdə, xüsusən də ABŞ-da əlavə maliyyə tədbirlərinin elan edilməsi və koronavirusla mübarizədə uğurlu tədbirlərin görülməsi ilə əlaqədardır.

Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |