03.12.2012 [12:50] - Güney Azərbaycan xəbərləri
İran Kilsələri Şurasının rəsmisi Mənsur Borci “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında deyib ki, Behnam İraninin səhhətinin pisləşməsi hüquq müdafiəçilərinin nigaranlığına səbəb olub: “Bizə gələn məlumatlara görə, keşiş Behnamın bağırsaqlarında qanaxma əmələ gəlib. Onun təcili əməliyyata ehtiyacı var. Lakin Kərəc şəhərinin zindanında saxlanan keşişin şəhər xəstəxanasına köçürülməsinə və ya müvəqqəti evə buraxılmasına imkan vermirlər”.
Ev şəraitində idarə olunan kilsəyə başçılıq etdiyinə görə 2011-ci ilin aprel ayında tutulub həbsə salınan keşiş Behnam İrani islamı tərk etməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və sistemə qarşı təbliğatda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |