Şrift:
“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib
21.05.2021 [10:36] - Gündəm, İqtisadiyyat
“Fitch Ratings” Agentliyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib.

Fonddan bildirilib ki, Agentliyin qiymətləndirməsinə əsasən İKFZ-nin uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.

“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək İKFZ-nin reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed