27.05.2021 [10:23] - Gündəm, Mədəniyyət
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu iyunun 1-dən 17-dək elektron formada aparılacaq.
MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, ərizələri Filialın https://msu.az/ saytında və ya Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az/ saytında vermək olar.
Qəbul imtahanları iyunun ikinci yarısında keçiriləcək. Filialın magistraturasına qəbul imtahanlarının tarixi barədə əlavə məlumat veriləcək.
İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər imtahan günlərində özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənəd;
-Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);
-“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).
Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq pk@msu.az ünvanına göndərməlidirlər.
Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.

Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |