Şrift:
ÜST koronavirusun variantlarını yunan əlifbasının hərfləri ilə adlandıracaq
01.06.2021 [10:06] - Gündəm, Sosial
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun variantlarını ölkə və region deyil, yunan əlifbasının hərfləri ilə adlandırmaq barədə qərar qəbul edib.

Bu qərar virus variantlarının hansısa bir ölkə və regionla əlaqələndirilməsinin və həmin ərazidə yaşayan insanların diskriminasiyasının qarşısı almağa xidmət edir.

Koronavirusun ilk dəfə Hindistanda aşkarlanan B.1.617.2 variantı bundan sonra Delta adlandırılacaqdır. Yeni sxemə əsasən, Böyük Britaniya variantı Alfa, Cənubi Afrika variantı Beta və Braziliya variantı isə Qamma adını daşıyacaqdır.

ÜST klassifikasiyasına görə həm yuxarıda qeyd edilən “narahatlıq doğuran variantlar”, həm də “maraq doğuran variantlar” yunan əlifbasının hərfləri ilə ifadə olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed