Şrift:
İranda koronavirus dəhşəti: “Morqlar cənazə ilə doludur”-Baş prokuror
12.07.2021 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O xəstəxanalarda tibbi avadanlıqlar və preparatların çatışmadığını bildirib. Mehdi Şəmsabadi səhiyyə naziri Səid Nəməkinin yoluxucu xəstəliklə bağlı Sistan-Bəlucistanda yaşanan böhranla bağlı yayılan xəbərləri təkzib etməsinə də etiraz edib.


Səid Nəməki iyulun 9-da jurnalistlərə açıqlamasında Sistan-Bəlucistan xəstəxanalarında koronavirus xəstələri üçün boş yer qalmadığı ilə bağlı yayılan xəbərləri “şantaj” adlandıraraq rədd etmişdi.


“Hazırda Sistan-Bəlucistan xəstəxanalarında 500-dən çox boş çatpayı var. Lakin bəzilərinin həyasızlıqla yaydığı şantaj xarakterli məlumatlarda əyalətdəki vəziyyəti ağır göstərməyə çalışırlar”-deyə Səid Nəməki bildirmişdi.


Sistan-Bəlucistanın baş prokuroru Mehdi Şəmsabadi deyib ki, əgər səhiyyə naziri əyalətdəki real vəziyyəti yaxından öyrənmək istəyirsə öz inandığı adamlarını naməlum şəkildə Sistan-Bəlucistandakı xəstəxanalara göndərə, yerli əhalinin və xəstələrin dilindən mövcud ağır vəziyyətlə tanış ola bilər.


“Sistan-Bəlucistandakı morqalar cənazələrlə doludur və artıq boş yer yoxdur. Bu bir reallıqdır və onu inkar etmək olmaz.


Hazırda Sistan-Bəlucistan əyalətində koronavirusa yoluxanların 60 faizinin yaşı 30-dan 60-a qədərdir. Bu isə o deməkdir ki, gənclərin həyatı təhlükədədir. Elə buna görə də hesab edirəm ki, bu əyalətdə ümumi vaksinasiya işinə başlanılmalıdır”, -deyə Sistan-Bəlucistan əyalətinin baş prokuroru Mehdi Şəmsabadi bildirib.
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed