11.12.2012 [10:46] - Gündəm, Siyasət
Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı müzakirələr gedir və ilin sonunadək məsələ həll ediləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Ekspertlər Qəbələ RLS-in Rusiya üçün əhəmiyyət daşımadığını deyirlər. Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Qəbələ RLS Rusiya üçün əhəmiyyət daşımır: “Texniki cəhətdən stansiya Rusiya tərəfi üçün əhəmiyyət kəsb etmir. Rusiya məlumat əldə etmək üçün ayrı yerdə də stansiya qura bilər.
Millət vəkili Aydın Mirzəzadə RLS-lə yanaşı Rusiya hərbçilərinin Azərbaycanın hava limanından, kommunikasiya xətlərindən istifadə etdiyini söyləyərək, qonşu ölkənin Qəbələ RLS-ə alternativ variantların olduğunu deyir.
Millət vəkili danışıqların nəticəsindən asılı olmayaraq ölkələrarası münasibətlərə zərər dəyməyəcəyini bildirib: “Rusiya Azərbaycanın maraqlarını nəzərə almalıdır. O ki qaldı münasibətlərə, bir obyektə görə münasibətlərə zərər dəyməz”.
Qeyd edək ki, Qəbələ RLS 1997-ci ildə Azərbaycan tərəfindən Rusiyaya 15 il müddətinə icarəyə verilmişdi. Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Bura icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması üçün Rusiyanın əlavə pul ayırması, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi daxildir.

Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |