Şrift:
“Nepartak” tropik qasırğası Yaponiyanın Miyaqi prefekturasının sahillərinə çatıb
28.07.2021 [10:21] - Gündəm, Hadisə
İyulun 28-də yerli vaxtla səhər saatlarında “Nepartak” tropik qasırğası Yaponiyanın şimal-şərq sahillərinə çatıb.

Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, güclü qasırğa səhər saat 6 radələrində Miyaqi prefekturasının İşinomaki şəhərində sahilə çıxıb. Bildirilir ki, bu, tropik qasırğanın Miyaqi sahillərindən ölkə ərazisinə daxil olduğu ilk haldır. Qasırğanın mərkəzində küləyin sürətinin saniyədə 20 metrə, şiddətlə əsdikdə 30 metrə çatdığı qeyd edilir.

Meteoroloqların proqnozuna görə, ölkənin şimal-şərq rayonlarına sutka ərzində 100 millimetr yağıntı düşəcəyi gözlənilir. Güclü yağışın daşqınlara və torpaq sürüşmələrinə səbəb olacağı da bildirilir. Qasırğa səbəbindən ictimai nəqliyyatın hərəkətində fasilələr də yaranıb, 20-dən çox yerli aviareys təxirə salınıb.

“Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci qasırğadır. Onun hazırda Olimpiya Oyunlarının keçirildiyi Tokio ərazisindən keçəcəyi gözlənilsə də, qasırğa sonradan istiqamətini dəyişib.
Bu xəbər oxucular tərəfindən 1381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed