Şrift:
Ombudsman dünya ictimaiyyətini Ermənistanın təxribatlardan çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırır
16.08.2021 [14:35] - Xəbərlər, Sosial
Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir.

Ombudsman Aparatından verilən məlumatda bildirilir ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonu Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlaması ciddi narahatlıq yaradır.

Eyni zamanda qeyd edilib ki, Aparat beynəlxalq hüququn norma və prinsiplərinə, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş, sülhə təhdid olan bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir. Dünya ictimaiyyətini, müvafiq beynəlxalq təşkilatları Ermənistanın bu əməllərdən çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırır.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed