Şrift:
“Tabe olacaqlarsa, Qarabağda yaşaya biləcəklər” – Partiya sədri
19.08.2021 [14:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ölkənin istənilən digər ərazilərində idarəetmə sistemi necədirsə, Xankəndidə də o tətbiq olunacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib:

"Xankəndi Azərbaycanın yuridiksiyasındadır. Sadəcə olaraq o ərazi hələlik sülhməramlı adı altında Rusiya hərbçilərinin nəzarətində olduğundan fərqli davranış nümayiş olunur. Dünyanın üstümüzə gəlməməsi üçün bəzi məsələlərə hələlik lazım olduğu qədər müdaxilə etmirik. Qarabağın statusu da müəyyənləşib.

Xankəndinin də daxil olduğu Qarabağ İqtisadi Zonası formalaşıb. İdarəetmə sisteminə gəldikdə, ölkənin istənilən digər ərazilərində idarəetmə sistemi necədirsə, Xankəndidə də o tətbiq olunacaq. 1988-ci ilə qədər orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarsa, bütün hüquqlardan istifadə edəcəklər. Tabe olmayacaqlarsa, burada yaşaya bilməyəcəklər”.

Rüfət SULTAN/sfera.az

Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed