09.09.2021 [10:48] - Gündəm, Hadisə
Bir neçə gün bundan əvvəl Sakit okeanda, Filippin yaxınlığında əmələ gələn “Çansu” tufanı çox güclənib və Yaponiyanın cənubunda yerləşən Okinava adalarına yaxınlaşır.
Bu barədə sentyabrın 9-da Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Tropik qasırğaya “dağıdıcı” statusu verilib. Hazırda onun mərkəzində küləyin sürəti saniyədə 15 metrə, şiddətli əsdikdə isə 20 metrə çatır. Proqnozlara əsasən, tufanın sentyabrın 12-də və ya 13-də Sakişima adalarına çatacağı gözlənilir.
Bununla əlaqədar meteoroloqlar sahil ərazilərində güclü küləyin, leysan yağışların və hündür dalğaların əmələ gələcəyi barədə xəbərdarlıq ediblər.

Bu xəbər oxucular tərəfindən 1226 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |