Şrift:
Kapital Bank illik 8 faizdən başlayan sərfəli ipoteka krediti təklif edir
17.09.2021 [13:44] - Xəbərlər, İqtisadiyyat
“Kapital Bank”ın əməkdaşlıq etdiyi “PAŞA İnşaat” şirkətinin inşa etdiyi “K-Residence” layihəsinin mənzilləri daha sərfəli şərtlərlə əldə etmək mümkündür.

Bakı şəhəri, Nobel prospekti 151, “Ağ şəhər”də yerləşən premium sinfinə aid binadakı geniş və keyfiyyətli mənzilləri 20 ilədək müddətə, illik cəmi 8 faizdən başlayan şərtlərlə almaq olar. İpoteka kreditinin maksimal məbləği 500 min manatadək rəsmiləşdirilə bilər. Şirkətin təklif etdiyi mənzillər barədə ətraflı məlumat üçün (012) 599-90-09 və ya (051) 577-12 34 nömrələrinə müraciət etmək lazımdır.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq müəyyən edilir. İpoteka krediti üzrə müraciətləri (051) 250-99-99 vatsap nömrəsinə ünvanlamaq olar.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed