Şrift:
İtaliyada aktiv COVID-19 xəstələrinin sayı 100 mindən aşağı düşüb
30.09.2021 [10:03] - Gündəm, Sağlıq
İtaliyada aktiv koronavirus (COVID-19) xəstələrinin sayı 100 mindən aşağı düşüb.

Son 24 saat ərzində ölkədə 65 nəfər koronavirus epidemiyasının qurbanı olub, bununla da indiyədək COVID-19-dan ölənlərin sayı 130 min 807-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda 338 min 425 test icra olunub və 2985 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, 2020-ci ilin fevral ayından bəri ölkədə virusa yoluxanların ümumi sayı 4 milyon 665 min 49-a yüksəlib.

Ölkədə aktiv COVID-19 xəstələrinin sayı ötən gün 2208 nəfər azalaraq 98 min 872-yə geriləyib. Virusdan sağalanların sayı isə 5105 nəfər artımla 4 milyon 435 min 370-ə çatıb.

Keçən il dekabrın 27-dən COVID-19-a qarşı geniş peyvənd kampaniyasının başladığı İtaliyada indiyədək 84 milyon 303 min 255 doza peyvənd vurulub. Vaksinasiya prosesini tamamlayanların sayı 42 milyon 190 min 584 nəfərdir. Cari il sentyabrın 20-dən isə ölkədə xərçəng xəstələri üçün peyvəndin üçüncü dozasının vurulmasına başlanılıb və bu vaxtadək 57 min 404 nəfər əlavə doza vaksin qəbul edib.
Bu xəbər oxucular tərəfindən 1425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed