Şrift:
Dolların Yaponiyanın milli valyutasına nisbətdə məzənnəsi son dörd ilin ən yüksək həddinə çatıb
20.10.2021 [10:57] - İqtisadiyyat
ABŞ dollarının Yaponiyanın milli valyutası yenə nisbətdə məzənnəsi son dörd ilin ən yüksək həddinə çatıb.

Bu barədə Yaponiya KİV-i valyuta bazarlarına istinadla yazıb. Bildirilir ki, yerli vaxtla saat 10:40-da (Bakı vaxtı ilə səhər saat 5:40-da) bir dolların yenə nisbətən məzənnəsi 114,47-114,49 həddinə çatıb. Bu, hərracların başlanğıcındakı qiymətdən 0,4 faiz çoxdur. Son dəfə dolların yenə nisbətdə məzənnəsinin bu həddi 2017-ci ilin noyabrında qeydə alınıb. Bildirilir ki, milli valyutanın dollara nisbətdə belə ucuzlaşması, ilk növbədə, xarici bazara istiqamətlənən böyük şirkətlərə sərf edir.

Bu fonda Asiyanın ən böyük fond birjalarından olan Tokio Fond Birjasında oktyabrın 20-də kotirovkalar yüksələn xətlə irəliləyib. Belə ki, yerli vaxtla saat 10:40-da aparıcı “Nikkei” indeksi 0,59 faiz artaraq 29 min 388,91 bəndində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed