Şrift:
Serbiya ilə Bosniya və Herseqovinada koronavirusa yoluxma halları artır
08.12.2021 [09:51] - Gündəm, Sağlıq
Qərbi Balkan ölkələrindən Serbiya ilə Bosniya və Herseqovinada COVID-19 infeksiyasına yoluxma və ölüm hallarında artım müşahidə edilir.

Serbiyanın Səhiyyə Nazirliyi Rusiya istehsalı olan birdəfəlik “Sputnik Light” peyvəndinin tezliklə tətbiq olunacağını açıqlayıb. COVID-19-a yoluxanların sayının 1 milyon 270 minə çatdığı Serbiya bununla da “Sputnik Light” peyvəndini təsdiqləyən ilk Avropa ölkəsi olacaq. Ölkədə COVID-19-un qurbanlarının sayı 11 min 955-ə yüksəlib.

Bosniya və Herseqovinada isə COVID-19-a qarşı peyvəndlərə maraq azdır. Bu səbəbdən ölkədə hər iki doza peyvənd olunanların əhaliyə nisbəti 30 faizi ötə bilməyib. Son 24 saat ərzində Bosniya və Herseqovinada 264 nəfərdə COVID-19 aşkarlanıb, 32 nəfər virusun qurbanı olub.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed