Şrift:
Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər
14.12.2021 [10:39] - Gündəm, Mədəniyyət
Dekabrın 19-da keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

DİM-dən bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında yerləşdirilən linkə daxil olmaq lazımdır. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap etməlidirlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini , imtahana buraxılış vərəqəsini, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed