Şrift:
Avropa İttifaqı: Qərbi Balkan ölkələrinə ayrılan 700 milyon avro nəticə verməyib
12.01.2022 [10:19] - Xəbərlər, İqtisadiyyat
Avropa İttifaqının (Aİ) auditorlarının fikrincə, Aİ-nin 6 Qərbi Balkan ölkəsində qanunun aliliyini təkmilləşdirmək üçün ayırdığı yüz milyonlarla avro vəsait nəticə verməyib.

Avropa Auditorlar Məhkəməsinin (ECA) dərc etdiyi hesabatda Qərbi Balkan ölkələrinin korrupsiyadan tutmuş məhkəmə müdaxiləsinə qədər bir çox problemlə məşğul olmaq əzmində olmadığı bildirilib. Hesabatda son vaxtlar, xüsusən Albaniya və Şimali Makedoniyadakı bəzi müsbət irəliləyişlərə istinad edilsə də, kifayət qədər siyasi iradə olmadığı üçün Aİ-nin dəstəyinin hüquqi islahatların fundamental rolunun yaxşılaşdırılmasına məhdud təsir göstərdiyi qeyd olunub.

Hesabatda Aİ-yə üzvlüyə namizəd 4 ölkə (Monteneqro, Albaniya, Şimali Makedoniya və Serbiya) və iki potensial namizəd ölkə (Bosniya və Herseqovina və Kosovo) ilə bağlı məlumatlar təhlil edilib.

Qeyd edək ki, Aİ 2014-2020-ci illəri əhatə edən dövrdə Qərbi Balkan ölkələrinə qanunun aliliyi və fundamental hüquqların təşviqi üçün təxminən 700 milyon avro ayırıb.

Avropa İttifaqının üzvü olan 27 ölkə Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo, Serbiya, Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü gecikdirir. Xorvatiya və Sloveniya ittifaqa üzv qəbul edilsə də, 2013-cü ildən bəri Aİ-nin üzvlərinin sayında artım olmayıb.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed