Şrift:
Qazaxıstanda son bir ayda koronavirusa yoluxma halları 20 dəfə artıb
19.01.2022 [10:28] - Xəbərlər, Sağlıq
Qazaxıstanda koronavirusun “omikron” ştamı olan 70 min xəstə ambulator müalicə alır.

Bu barədə Qazaxıstanın səhiyyə naziri Ajar Giniyat bildirib.

Səhiyyə naziri COVID-19 ilə bağlı vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkədə yeni karantin rejiminin tətbiqi ehtimalını şərh edərək bildirib ki, karantin tədbirləri hər bölgədə epidemioloji vəziyyətə uyğun olaraq fərqli şəkildə tətbiq olunacaq.

Son sutka ərzində ölkədə 9,7 min nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Son bir ayda COVID-19-a yoluxma halları 20 dəfə artıb.

Qeyd edək ki, ölkədə son günlər COVID-19-a yoluxma hallarında artım müşahidə olunur. Qazaxıstan regionlarında epidemioloji vəziyyətin qiymətləndirilmə cədvəlinə əsasən, “sarı” zonada yalnız Türküstan bölgəsi qalır, bütün digər bölgələri "qırmızı" zonadadır.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed