Şrift:
Gədəbəydə zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu müzakirə edili
11.03.2022 [09:53] - Gündəm, Sosial
Martın 10-da Gədəbəy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə "Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən natiqlər milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq, bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açıblar.

Gənclərin diqqətinə çatdırılıb ki, Azərbaycanda gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi ulu öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülüb. Həmçinin zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında əxlaqi dəyərlərin, dünyəvi və dini savadlanmanın rolunun böyük olduğu diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed