Şrift:
Hindistan Pakistanı Kəşmir vilayətinə hücum etməkdə və iki əsgəri qətlə yetirməkdə günahlandırıb
09.01.2013 [09:51] - Xəbərlər, Hərb
İki Hindistan hərbçisi mübahisəli Kəşmir vilayətində baş vermiş atışma zamanı öldürülüb. “BBC”-nin verdiyi xəbərə görə, Hindistan hərbçilərin ölümündə blokposta hücum etmiş Pakistan əsgərlərini günahlandırır, lakin Pakistan tərəfi hücum faktını inkar edir.

Hindistan ordusunun nümayəndəsinin sözlərinə görə, insident Cammu və Kəşmir ştatının paytaxtı Şrinaqar şəhərindən 170 km aralıda baş verib. Bəzi KİV-lərin məlumatına görə, meyitlərdən biri eybəcər hala salınıb.

Pakistan, öz növbəsində, Hindistana qarşı analoji ittihamlar irəli sürüb. Rəsmi İslamabad bəyan edib ki, Hindistan hərbçiləri Pakistan ordusunun blokpostuna hücum edib, nəticədə bir əsgər həlak olub.

Rəsmi Dehli buna cavab olaraq bəyan edib ki, Hindistan ordusu Pakistan tərəfdən minaatanlardan endirilən zərbələrə cavab olaraq atəş açıb.

Sərhədyanı Kəşmir vilayəti 60 ildən çoxdur ki, iki ölkə arasında ərazi mübahisələrin predmeti olaraq qalmaqdadır.
Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed