Şrift:
Amaliya Pənahovanın ayağı sınıb
10.01.2013 [09:25] - Hadisə
Azərbaycanın Xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru Amaliya Pənahovanın səhhətində problem var. Bu barədə xalq artisti mətbuatda açıqlamasında bildirib ki, onun ayağı sınıb. Artıq 3 gündür ki, ayağı gipsə salınan Amaliya Pənahova həkimlərin məsləhəti ilə bir aya yaxın yataq və oturaq rejimdə olacaq: "İşə gedərkən ayağım burxuldu, yıxıldım. Sonra həkimə apardılar və bəlli oldu ki, ayağım sınıb. 3 gün olar ki, ayağım gipsdədir, oturaq vəziyyətdə qalmışam. Həkimlər deyir ki, azı bir aya yaxın ayağım gipsdə qalacaq. Təbii ki, həmişə hərəkətdə olan adam üçün bir ay oturaq vəziyyətdə qalmaq çox çətindir. Allaha pənah, görək də, necə olacaq..."
Xatırladaq ki, sənətşünaslıq elmləri doktoru Amaliya Pənahova 1964-cü ildən bu günədək teatr və kino səhnəsində fəaliyyət göstərir. Aktrisa 1992- ci ildən yaratdığı Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəridir.

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed