30.03.2022 [10:11] - Gündəm, İdman
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad “Ekspo-2030” dünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
SPA agentliyinə istinadla xəbər verir ki, bu barədə Krallığın rəsmiləri “Dubay ekspo-2020” sərgisində Səudiyyə Ərəbistanı pavilyonuna mükafatın təqdimatı mərasimində bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın imzası ilə sərginin təşkilat komitəsinə müvafiq məktub təqdim olunub.
Ər-Riyad şəhəri üzrə Kral Komissiyasının icraçı direktoru Fəhd al-Raşid bildirib ki, “Dubay ekspo-2020” sərgisində Səudiyyə Ərəbistanının paytaxtının ziyarətçilərə tanıdılması istiqamətində geniş fəaliyyət proqramı həyata keçirilib. O, əlavə edib ki, şəhər rəhbərliyi 2030-cu ilədək sərgiyə ev sahibliyi etmək istiqamətində böyük plan hazırlayıb. Bu plana dünyanın ən nəhəng ictimai nəqliyyat sistemi, ən geniş parklarından biri, ən geniş incəsənət qalereyasının yaradılması daxildir.
Beləliklə, “Ekspo-2030” sərgisinə ev sahibliyi üçün namizədlərin sayı beşə çatıb. Səudiyyə Ərəbistanı ilə yanaşı, Cənubi Koreya, İtaliya, Ukrayna və Rusiya da namizədlər siyahısında yer alır.

Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |