Şrift:
"Miyanada səhiyyə acınacaqlı durumdadır"-Millət vəkili naziri tənqid etdi
06.04.2022 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki nümayəndəsi Mürtəza Hüseyni bölgədə səhiyyə durumunun acınacaqlı durumda olduğunu deyib və buna görə səhiyyə nazirini tənqid edib.

“Miyana şəhərində səhiyyənin vəziyyəti, laboratoriya avadanlığı, imkanları və xəstələrə xidmət baxımından çox acınacaqlıdır”-deyə, Hüseyni Səhiyyə Nazirliyinin bölgəyə laqeyd münasibət bəslədiyini bildirib.

O, şəhərdə olan iki xəstəxananın standartlara uyğun olmadığını, xəstələrə düzgün xidmət göstərilmədiyini qeyd edərək problemin həlli üçün Miyananın səhiyyə sahəsinə büdcə ayrılmasının vacibliyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 2467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed