Şrift:
“Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb
06.10.2022 [08:35] - Gündəm, İqtisadiyyat
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsini hazırlayıb.

Yol Xəritəsində Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib.

Sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.

ASA-nın məlumatında qeyd olunur ki, bu ilin oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında “zoom-görüş” keçiriləcək və hazırlanan Yol Xəritəsi müzakirəyə çıxarılacaq. Müvafiq toplantıda, həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək.

Qeyd edək ki, “Türk Dünyası Sığorta Birliyi” bu il mayın 24-ü Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis olunub.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed